Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Satiranın  banisi - Mirzə  Ələkbər  Sabir ”  başlığı altında şeir gecəsi keçirilib

31.05.2022

Gəncə  Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin   6 saylı Gənclər Kitabxana filialında 30 .05.2022-ci il tarixində  Azərbaycan  şairi,  inqilabçı - satirik,  ictimai  xadim,  mütəfəkkir  və  müəllim Mirzə  Ələkbər  Sabirin anadan olmasının  160 illiyi ilə əlaqədar   "Satiranın  banisi - Mirzə  Ələkbər  Sabir "  başlığı altında şeir gecəsi keçirildi.
Tədbirdə İsmət Qayıbov adına 1saylı tam orta məktəbin  şagird və müəllim kollektivi  və kitabxananın  fəal oxucuları  iştirak edirdilər. Şairin həyat və yaradıcılığı haqqında kitabxananın müdiri Məryam Məmmədova  qısa məlumat  verdikdən sonra kitabxanaçı Günel Namazova  şairin  "Hophopnamə"si  haqqında danışdı. Sonra Ülviyyə  müəllimə vurğuladı ki, Sabirin yazdığı satiralarda  daim  məzlum xalqa  edilən zülümlərdən bəhs edilir. Tədbirdə  iştirak edən Təranə Məmmədova, Fərid Məmmədov və Türkan  şairin "Hophopnamə"sindən şeirlər dedilər.Tədbirin sonunda  gəncləri maraqlandıran  suallar cavablandırıldı.

 

92.4 KB

 

94.9 KB

 

103.8 KB